Oxford English Dictionary 2021-ci ilin sözünü açıqlayıb

  • 01 Noyabr 2021

Dünyanın ən köklü lüğətlərindən biri olan Oxford English Dictionary 2021-ci ilin sözünü seçib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, peyvənd mənasını verən "vaksin" sözünün qısaldılmış variantı olan vaks indi daha çox istifadə olunur. Ekspertlərin fikrincə, son 1 ildə bu sözün istifadəsi 72 dəfə artıb.

Mövzu ilə bağlı açıqlamaları "Oxford Languages"ın prezidenti Kasper Qratvohl verib. Onun sözlərinə görə, vax sözü həyatımızın hər hissəsinə inteqrasiya olub və hər sahədə qarşımıza çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır