"NASA"dan maraqlı paylaşım

  • 29 Oktyabr 2021

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) kosmosun dərinliklərində kəşf edilən “gülümsəyən üz” formasına bənzəyən qalaktikanın fotosunu paylaşıb.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, parlaq qalaktikaların iki narıncı gözə və ağ düyməli buruna bənzədiyini ifadə edən "NASA", təbəssümə bənzəyən"qravitasiya linzalanması" kimi tanınan təsirdən qaynaqlandığını açıqlayıb.

"NASA" qeyd edib ki, Kainatdakı ən böyük strukturlar olan qalaktika qrupları kosmos-zamanı və onların arxasından gələn işığı təhrif edəcək qədər güclü cazibə qüvvəsi tətbiq edərək, təbəssüm yaradan işıq qövsünü yaradır.

"NASA"nın məlumatına görə, fotoşəkildəki SDSS J1038 4849 qalaktika çoxluğu "Hubble"ın geniş kamera, planet kamerası 2 (WFPC2)  tərəfindən tədqiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır