Amsterdam kanallarında avtonom qayıqlar

  • 29 Oktyabr 2021

MIT və Amsterdam İnstitutu beş sərnişin daşıya bilən “Roboat” adlı avtonom qayığı Amsterdam kanallarına endirib.

Chip.az xarici mənbəyə istinadən məlumat verir ki, 4 metr uzunluğu ilə "Roboat" cəmi beş sərnişin daşıya bilir. Qayıqdakı GPS, LiDAR və bir sıra kameralar sayəsində kanalda bir nöqtədən digərinə getmək üçün sürücüyə ehtiyac qalmır. Öz marşrutu ilə hərəkət edərkən sensorlar sayəsində hər hansı bir toqquşma riskinin qarşısı alınır.

Avtonom qayığın üstü sərnişin daşınması ilə yanaşı yük daşınması üçün də istifadə oluna bilər. Qarşılıqlı yerləşdirilmiş oturacaqların çıxarılması ilə yüklərin daşınması üçün daha geniş sahə açıla və 1500 kiloqrama qədər yük daşına bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır