İnstaqram ən çox istifadə olunan sosial medialardan biridir.
Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, İnstaqramın ən çox istənilən funksiyası - link yerləşdirmə, artıq bütün istifadəçilər üçün əlçatandır. Bununla da hekayəyə link əlavə etmək üçün 10.000+ istifadəçiyə ehtiyac qalmayacaq.
Qeyd edək ki, bu zamana kimi hekayəyə link yerləşdirə bilmək üçün on mindən artıq izləyiciyə sahib olmaq lazım idi.