"Twitter"in gündəlik istifadəçi sayı açıqlanıb

  • 27 Oktyabr 2021

"Twitter" istifadəçi bazası üçüncü rübdə insanları platformada saxlamaq üçün yeni funksiyaları sınaqdan keçirərək 13 faiz artıb.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, "Twitter", "Facebook", "TikTok" və digər böyük texnologiya şirkətləri ilə rəqabət apararkən canlı audio və təhlükəsizlik xüsusiyyətlərinə fokuslanıb. "Twitter"in gündəlik aktiv istifadəçiləri üçüncü rübdə 211 milyona çatıb. Thomson Reuters-in sorğusuna qatılan analitiklər şirkətin üçüncü rübdə gündəlik 212,6 milyon istifadəçisi olacağını proqnozlaşdırmışdılar.

Qeyd edək ki, "Twitter"in gəlirləri sosial mediaya artan diqqət sayəsində daha da yüksəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır