Azərbaycanda vətəndaşların iri ticarət mərkəzlərinə girişi asanlaşdırılır

  • 27 Oktyabr 2021

Azərbaycanda iri ticarət mərkəzlərinə daxil olan vətəndaşların COVID-19 pasportunun yoxlanılması zamanı uzun növbələrlə üzləşməmələri üçün yeni proqram təminatı istifadəyə verilib.

Chip.az "Report"a istinadən məlumat verir ki, daim təkmilləşən "e-Təbib"in yeni "e-Təbib Pro" versiyası ilə uzun növbələrdə gözləməyə ehtiyac olmayacaq.

"e-Təbib Pro" hüquqi şəxslər, dövlət qurumları, ticarət mərkəzləri və s. üçün nəzərdə tutulmuş proqram təminatıdır.

İndi vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsini MRZ (machine-readable zone) aparatından keçirməklə ictimai-iaşə və bu kimi digər mərkəzlərə rahat və çevik daxil ola biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır