Onilliklər ərzində astronomların cavab verməyə cəhd etdikləri maraqlı suallardan biri ilk qalaktikaların necə və nə zaman yaranması ilə bağlıdır.
Chip.az "Report"a istinadla xəbər verir ki, fərziyyələrdən birinə görə, ilkin qalaktikalarda ulduzların formalaşması dayanıqlı tempdə başlayaraq, tədricən daha böyük və massiv sistem yaradıb. Digər fərziyyəyə görə, bu yaranma qovuşmuş və güclənmiş qaz akkresiyası kimi hadisələrin yaratdığı qısamüddətli ulduz əmələgəlmə partlayışları ilə daha şiddətli, lakin arası kəsilən şəkildə baş verib.
Tədqiqatçılar kiçik qalaktikaların tədqiqi üçün “Hubble” və Böyük Kanar teleskoplarının gücünü “təbii teleskoplar” - qravitasiya linzaları ilə birləşdiriblər.
Mançester Universitetinin professoru Kris Konselisin sözlərinə görə, bəzi qalaktikalar topa adlandırılan böyük qruplar halında mövcuddur. Onlar ulduz, qaz və tutqun materiyadan ibarətdir və çox böyük kütləyə malikdir. Kütlə o qədər böyük olur ki, fəza-zamanı əyir və onlar təbii teleskop kimi fəaliyyət göstərir. Onlar qravitasiya linzaları adlandırılır və alimlərə parlaqlığı artmış və daha yüksək məkan həlli olan uzaq və zəif qalaktikaları görməyə imkan yaradır.
Tədqiqat göstərib ki, qalaktikaların yaranması fəallığın fasilə verməsi və püskürməsi ilə müşayiət edilir, sonra sakitlik olur, yəni çox güman ki ikinci fərziyyə doğrudur.