Sony "Marvel"dən istifadə etməyə davam edir.
Chip az xarici xəbərə istinadən xəbər verir ki, xüsusilə "Hörümçək adam" pərəstişkarlarının marağından xəbərdar olan studiya yeni filmlərlə davam etmək istəyir. Açıqlamaya görə 2023-cü ildə bizi iki yeni film gözləyir. "Sony", bu filmlərin adlarını açıqlamasa da, istehsallardan birinin böyük ehtimalla "Kraven the Hunter" olacağını deyə bilərik. Digər filmlə bağlı yekun təfərrüatlar açıqlanmayıb. Studiyada isə 6 namizəd var. Bunlar "Silk", "Madame Web", "Black Cat", "Nightwatch", "Jackpot" və "Silver Sable" filmləridir.
Verilən məlumata əsasən ilk film 23 iyun 2023-cü ildə kinoteatrlarda olacaq. Digər film isə oktyabrın 6-da tamaşaçılara təqdim olunacaq.