Dünyanın ən nüfuzlu foto müsabiqələrindən biri olan Siena Beynəlxalq Foto Müsabiqəsinin bu ilki qazanan kadrları açıqlanıb. Fotoqraf Mehmet Aslanın təsirli kadrı müsabiqədə “İlin fotosu” mükafatını qazanıb. Fotoqrafiya müsabiqələrində müxtəlif kateqoriyalarda müxtəlif növ fotoşəkillərə rast gəlirik. Bəzi kadrlar böyük bucaq çəkdiyinə görə mükafatlar alsa da, bəzi kadrlar təsirli hekayələri və hissləri ilə ən yaxşısı elan olunur.
Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, fotoqraf Mehmet Aslanın ata və oğulu çəkdiyi foto çərçivə “Həyatın çətinliyi” adlanır. Olduqca xoşbəxt görünən, lakin bütün çılpaqlığı ilə müharibənin yaralarını göstərən bu ata və oğulun hekayəsi fotoşəkilin adını daha yaxşı başa düşməyimizə kömək edir.
Şəkildəki atanın adı Münzirdir. Suriyanın İblid şəhərində bazarda gəzərkən bombanın partlaması nəticəsində sağ ayağını itirən Münzirin oğlu Mustafanın hekayəsi daha təsir edicidir. Mustafa anası Zeynəbin məruz qaldığı 'zarin qazı' səbəbi ilə istifadə etdiyi dərmanların yan təsiri olaraq qolu və ayaqları olmadan dünyaya gəlib. Tetra-amelia sindromu adlanan bu sindrom Mustafanı hələ ana bətnində ikən yaxalayıb. Həyatın bütün çətinliklərinə baxmayaraq bir-birlərinə gülümsəyən ata və oğulun bu anını əbədiləşdirən fotoqraf Mehmet Aslan bu kadrla 'İlin Fotosu' mükafatına layiq görülüb.