"Clubhouse" yeni xüsusiyyətini açıqladı

  • 25 Oktyabr 2021

Dəvət sistemi ilə 2021-ci ilin ən populyar tətbiqlərindən birinə çevrilən "Clubhouse" yeni xüsusiyyətini təqdim edib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, moderatorlar veb bağlantılarını "Clubhouse" otaqlarında paylaşa biləcəklər.

"Clubhouse"un baş direktoru Paul Davison və qlobal marketinq rəhbəri Maya Watson yeni funksiya haqqında məlumat veriblər. Söhbət otağındakı moderatorların veb sayt linkini paylaşa biləcəyini izah edən Davison xəbər məqaləsi və ya podkast kimi xarici bağlantıların artıq əlavə edilə biləcəyini qeyd edib. 
Yeni funksiya həm iOS, həm də Android istifadəçiləri üçün eyni vaxtda istifadəyə veriləcək. Sabitlənmiş linklər oktyabrın 27-də mövcud olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır