Yaşı 65-dən çox olanlar üçün karantin rejimi yumşaldıla bilər – AÇIQLAMA

  • 09 May 2020

"Önümüzdəki günlərdə yaşı 65-dən çox olanlar üçün karantin rejiminin yumşaldılması qərarı verilə bilər".

 

Chip.azTed.az-a istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

 

O bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibb bölməsi tərəfindən araşdırılaraq verilir: "Amma gənclərin böyükləri qorumaq üçün atacaqları addımlardan da çox şey asılıdır. Sosial məsafəni qorumalı, tibbi qoruyucu vasitələrdən istifadə etməlidirlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır