A PHP Error was encountered

Severity: Warning

Message: file_put_contents(/home/chip/public_html//assets/iplist.txt): Failed to open stream: Permission denied

Filename: helpers/bots_helper.php

Line Number: 79

Backtrace:

File: /home/chip/public_html/application/helpers/bots_helper.php
Line: 79
Function: file_put_contents

File: /home/chip/public_html/application/core/Site_Controller.php
Line: 13
Function: writeipfile

File: /home/chip/public_html/application/controllers/Site.php
Line: 9
Function: __construct

File: /home/chip/public_html/index.php
Line: 262
Function: require_once

Bakıda ticarət mərkəzləri BU QAYDALARLA işləyəcək – RƏSMİ | Chip.az

Bakıda ticarət mərkəzləri BU QAYDALARLA işləyəcək – RƏSMİ

  • 15 Mart 2020

A PHP Error was encountered

Severity: Warning

Message: Cannot modify header information - headers already sent by (output started at /home/chip/public_html/system/core/Exceptions.php:271)

Filename: Site_views/singlenews.php

Line Number: 69

Backtrace:

File: /home/chip/public_html/application/views/Site_views/singlenews.php
Line: 69
Function: setcookie

File: /home/chip/public_html/application/controllers/Site.php
Line: 78
Function: view

File: /home/chip/public_html/index.php
Line: 262
Function: require_once

Koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib.

 

chip.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata əsasən, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart, saat 00:00-dan, etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub. 

 

Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir. 

 

Bu istiqamətdə müvafiq dövlət strukturları arasında aparılmış müzakirələr əsasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətini tənzimləyən aşağıdakı qaydalar müəyyən olunur:

 

1. Əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması;

 

2. Alış-veriş mərkəzlərində yerləşən ictimai iaşə obyektlərində (kafe və restoranlarda) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş profilaktik metodiki göstərişlərə riayət edilməsi;

 

3. Girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla);

 

4. Xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi;

 

5. Havalandırma sistemlərinin işlək olması;

 

6. Sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması;

 

7. İş saatlarında dezifeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.);

 

8. Qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi;

 

9. Alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi;

 

10. Mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda WHO Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması;

 

11. Evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması;

 

12. Kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi;

 

13. Vətəndaşlara sms vasitəsilə atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə əvvəlcədən xəbər verilməsi;

 

14. Yerli səhiyyə şöbələri ilə mütəmadi əlaqələrin yaradılması və yerli ictimai göstərişlərə əməl edilməsi;

 

15. Atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.);

 

16. Xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması;

 

17. Bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görülməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər