Mark Zukerberqin arasında olduğu xeyli sahibkar çox gənc yaşlarında böyük uğurlara imza atıblar.
Chip.az Türkiyə mətbuatına istinadən dünyanın ən gənc 20 milyarderini təqdim edir.
Hazırda texnologiya dünyasında yaşı 50-ni keçmiş xeyli milyarder var. Larri Ellison, İlon Mask, Meq Uitman, Ceff Bezos, Bill eyts milyared statusuna orta yaş dövründə sahib olublar. Bu yazıda isə sözügedən statusa daha tez çatan şəxslərdən bəhs ediləcək:

1. Tobi Lutke
Yaş: 39
Sərvəti: 1,6 milyard dollar
İşi: E-ticarət saytı olan Shopify-ın həmtəsisçisi və baş direktoru

2. Piter Şulsveski
Yaş: 39
Sərvəti: 1,4 milyard dollar
İşi: E-ticarət saytı Wish-in həmtəsisçisi və baş direktoru

3. Saçin Benzel
Yaş: 38
Sərvəti: 1 milyard dollar
İşi: Hindistanın ən böyük e-ticarət saytı Flipkart-ın həmtəsisçisi

4. Co Qebbia
Yaş: 38
Sərvəti: 3,7 milyard dollar
İşi: Məşhur yerləşmə tətbiqi Airbnb-nin həmtəsisçisi

5. Brayn Çeski
Yaş: 38
Sərvəti: 3,7 milyard dollar
İşi: Məşhur yerləşmə tətbiqi Airbnb-nin həmtəsisçisi və baş direktoru

6. İvan Şerp
Yaş: 38
Sərvəti: 1 milyard dollar
İşi: Pinterest-in həmtəsisçisi və baş dizayneri

7. Ben Silberman
Yaş: 38
Sərvəti: 1,6 milyard dollar
İşi: Pinterest-in həmtəsisçisi və baş direktoru

8. Eduardo Severin
Yaş: 38
Sərvəti: 9,7 milyard dollar
İşi: Feysbukun həmtəsisçisi

9. Su Hua
Yaş: 38
Sərvəti: 2,9 milyard dollar
İşi: GIF və video paylaşma tətbiqi Kuaishou-nun həmtəsisçisi və baş direktoru

10. Binni Benzel
Yaş: 38
Sərvəti: 1 milyard dollar
İşi: Hindistanın ən böyük e-ticaret saytı Flipkart-ın həmtəsisçisi

11. Çenq Vei
Yaş: 37
Sərvəti: 1,2 milyard dollar
İşi: Çinin nəqliyyat şəbəkəsi şirkəti Didi Chuxing-in həmtəsisçisi və baş direktoru

12. Brayn Armstronq
Yaş: 37
Sərvəti: 1,3 milyard dollar
İşi: Kriptovalyuta ticarət saytı Coinbase-in həmtəsisçisi

13. Daniel Ek
Yaş: 37
Sərvəti: 2,7 milyard dollar
İşi: Spotify-nin həmtəsisçisi

14. Dryu Hyuston
Yaş: 37
Sərvəti: 2,3 milyard dollar
İşi: Sənəd paylaşma xidməti Dropbox-un həmtəsisçisi və baş direktoru

15. Rayn Qreyvs
Yaş: 37
Sərvəti: 1,6 milyard dollar
İşi: Uber-in həmtəsisçisi, Saltwater-ın həmtəsisçisi və baş direktoru

16. Natan Bleçarzik
Yaş: 37
Sərvəti: 3,7 milyard dollar
İşi: Airbnb-nin həmtəsisçisi

17. Zenq Yiminq
Yaş: 36
Sərvəti: 16,2 milyard dollar
İşi: TikTok-un daxil olduğu ByteDance şirkətinin həmtəsisçisi və idarə heyətinin sədri

18. Bill Liu
Yaş: 36
Sərvəti: 1,7 milyard dollar
İşi: Qatlanan "ağıllı" telefonlar üçün tamamilə elastik ekran və sensorlar istehsal edən Royole şirkətinin təsisçisi

19. Kevin Sistrom
Yaş: 36
Sərvəti: 1,4 milyard dollar
İşi: Instagram-ın həmtəsisçisi

20. Mark Zukerberq
Yaş: 35
Sərvəti: 62,3 milyard dollar
İşi: Bir neçə sosial media platformasını özündə birləşdirən Feysbukun həmtəsisçisi.