HP Xerox-un 35 milyard dollarlıq təklifini qəbul etmədi

  • 06 Mart 2020

Çap sənayesinin nəhənglərindən olan Xerox Kaliforniyada yerləşən hesablama, kompüter və printer sənayesində möhürünü vuran şirkətlərdən biri Hewlett-Packard-ı (HP) almaqda israrlıdır. 


chip.az Türkiyə mətbutına istinadən xəbər verir ki, HP Xerox-un yeni, 35 milyard dollarlıq təklifini rədd edib.


Şirkət əvvəlki satınalma təklifləri rədd edildikdən sonra hissənin birini 22 dollardan 24 dollara qaldırsa da, HP bu təklifi də qəbul etməyib.


HP əvvəllər rəqibi Xerox-un "düşməncəsinə" adlandırdığı təkliflərindən narahat olduğunu dilə gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər