Smart üzüklər gələn həftə satışa çıxarılacaq

  • 03 Mart 2020

Azərbaycan Beynəlxalq Bankının tətbiq etdiyi innovativ yeniliklərdən biri olan Ring Pay üzükləri uzun müddətdir müzakirə mövzusudur. Üzüklərin satışa çıxarılacağı tarix isə çoxlarına maraqlıdır.

 

Ring Pay üzükləri gələn həftə satışa çıxarılacaq. Bu barədə Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli məlumat verib.

 

Üzüyün qiymətinin «Platinum» kartla 300 AZN, «İnfinite» kartla isə 600 AZN olması nəzərdə tutulub. Ring Pay  ödəniş üzüyünü yaxın günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı istənilən filial və ya şöbəsindən əldə etmək mümkün olacaq.

 

Qeyd edək ki, üzük vasitəsilə nağdsız ödənişləri təmassız qaydada həyata keçirmək mümkündür. Üzük adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.

 

Üzüklər bütün ölçülərdə olacaq, rəngləri isə ağ-qaradır.

MƏNBƏ: Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır