Ağıllı sarğı xroniki yaraları müalicə edəcək

  • 17 Fevral 2020

ABŞ mühəndisləri xroniki yaraların müalicəsini sürətləndirə bilən, simsiz “ağıllı” sarğı hazırlayıblar. “Ağıllı” sarğı 3D printerdə çap edilmiş miniatür iynələr ilə təchiz olunub.

Diabetik xora, cərrahi yara, yanıq nəticəsində yaranmış yaralar və həmçinin yataq xoraları da daxil olmaqla xroniki yaraların müalicəsi əsasən çox mürəkkəb olur. 1994-cü ildə Lazarus tərəfindən verilən tərifə əsasən sağalmayan və ya müalicəyə cavab verməyən yaralara xroniki yaralar deyilir.

Konnektikut Universiteti, Nebraska-Linkoln Universiteti və Harvard Tibb Məktəbinin alimləri tərəfindən hazırlanan “ağıllı” sarğı pasientlərin bandajı tez-tez dəyişdirmək ehtiyacını aradan qaldırır. Qurğudakı iynələr xəstəni incitmədən və iltihaba səbəb olmadan yaranın daha dərin qatlarına nüfuz edə bilir. 

nanonewsnet.ru saytının məlumatına görə, miniatür iynələrin köməyilə “ağıllı” sarğı dərmanın dozasını tənzimləyə bilir.

Qurğu əvvəlcə hüceyrələrdə, sonra diabet xəstəliyi olan siçanlarda sınaqdan keçirilib. “Ağıllı” sarğı sayəsində bu siçanlarda yaraların tam sağalması müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər