Futuristik gələcək konsepsiyası – Buqatti Vision Le Mans

  • 17 Fevral 2020

Dünyanın ən xüsusi avtomobil modellərinə imza atan şirkətlərdən biri Buqatti xüsusi bir konsepsiya ilə gündəmdədir.

Buqatti imzalı avtomobil modelləri hər zaman nəfəs kəsici olmağı bacarır. Şirkətin gələcək konsepsiyası isə daha da cəlbedici olur. Chip.az Ted.az-a istinadən  xəbər verir ki, Almaniyanın ikinci böyük Təsviri İncəsənət Kolleci olan “Braunschweig University of Arts”ın məzunu Maks Braun keçən il Buqattidə təcrübə keçərək şirkətin sponsorluğu ilə yuxarıda gördüyünüz Vision Le Mans konsepsiyasını hazırlayıb.

Adından göründüyü kimi 24 saat Le Mans yarışları üçün xüsusi olaraq hazırlanan bu avtomobilin mavi rəngdə olması onu daha da cəlbedici edir. Çox futuristik xətlərdən istifadə edilərək hazırlanan bu vasitə ehtimal ki, tam elektrikli bir infrastruktur üzərində qurulub.

Bu dizayn sayəsində Buqatti şirkətinə bir avtomobil dizayneri kimi daxil olmağı bacaran Lask son illərdə gördüyümüz ən təsirli avtomobil dizaynı ilə diqqəti cəlb etməyi bacarıb.

Onu da bildirək ki Buqatti şirkəti hazırda Le Mans 24 saat yarışlarına belə bir avtomobillə qatılmaq niyyətində deyil. Ancaq 10 il sonra Le Mans yarışlarında bu cür avtomobillərin 24 saat boyunca mücadilə edə biləcəyi düşünülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır