"Azərkosmos" ASC rəqəmsal media sənayesi sahəsində olan CABSAT-2020 beynəlxalq sərgi çərçivəsində xidmətlərini təqdim edəcək.
chip.az ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, sərgi martın 31-dən aprelin 2-dək Dubayda keçiriləcək. Azərbaycanın peyk operatorunun xidmətləri 8-ci zalda yerləşən D8-20 stendində nümayiş olunacaq.