İnstaqram-a yeni xüsusiyyət gəlir: gözdən qaçan paylaşım qalmayacaq

  • 15 Fevral 2020

Tvitter-də Instaqram-da ediləcək yeniliklər ilə bağlı məlumat sızdırılıb. 

chip.az Türkiyə mətubatına istinadən xəbər verir ki, sızdırılan məlumatda qeyd olunub ki, Instaqram yeni xüsusiyyəti ilə istifadəçilərin heç bir paylaşımı gözdən qaçırmamalarına kömək edəcək. Belə ki, ən son paylaşılanlar "pop-up" olaraq açılacaq.


Əksərən doğru çıxan ipucları ilə məşhur Ceyn Meynçan Vonq bu dəfə İnstaQram barədə paylaşım edib. "Ən son paylaşımlar" xüsusiyyətinin aktiv ediləcəyini deyən Vonq sözügedən xüsusiyyətin necə göründüyünü də izləyiciləri ilə bölüşüb. Ana səhifədə "pop-up" kimi açılan xüsusiyyət "Paylaşımları gör" funksiyasını seçməklə istifadəçinin diqqətindən yayınan bütün postları xoronoloji ardıcıllıqla sıralayır.


Bu barədə İnstaQram-a göndərilən sorğuya isə konkret cavab verilməyib. 


İndiyədək sosial platformalardakı yeni xüsusiyyətləri Tvitter-də paylaşan Vonq çox az halda yanılıb. Onun bəhs etdiyi yeniliklər əksərən bir neçə ay sonra təsdiqini tapıb. Bu da yeni xüsusiyyətin bir neçə ay sonra istifadəçilərə təqdim ediləcəyinə işarədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər