Dünyanın ən kiçik kamerafonu təqdim edildi – FOTO

  • 11 Fevral 2020

“Zanco” şirkəti ən kiçik telefonunu təqdim etdi.

 

 “Zanco”, “Tiny T1” telefonunun təkmilləşdirilən versiyasını təqdim edib.

 

Məlumata əsasən, yeni “Tiny T2” telefonunun ölçüsü 6,1×3×1,65 santimetr, çəkisi isə cəmi 31 qramdır. “Tiny T2” keçmiş versiyasından fərqli olaraq rəngli ekran, 0.3 meqapiksellik kamera, radio və MP3/MP4 pleyerə sahibdir. Telefonun maraqlı xüsusiyyəti oyunlarla təchiz olunmasıdır, qacetdə quraşdırılan oyunlardan biri əfsanəvi “Doodle Jump”dır.

 

Bununla yanaşı, telefonun enerjı saxlaması da həvəskarları yaxşı mənada təəcübləndirə bilər – bu qacet enerjı yığmadan 7 günə qədər işləyə bilir.

 

 

Qeyd edək ki, “Tiny T2” telefonu aprel ayında ictimaiyyətə təqdim olunacaq. Bu qaceti 59 ABŞ dollarına əldə etmək mümkün olacaq.

 

Mənbə:Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər