İnternet fırıldaqçıları tərəfindən istifadə edilən ən təhlükəli brendlər məlum olub

  • 10 Fevral 2020

"Check Point" təhlükəsizlik şirkətinin mütəxəssisləri istifadəçilərin məlumatlarını oğurlamaq məqsədilə cinayətkarlar tərəfindən adından istifadə edilən brendlərin reytinqini tərtib ediblər. Fişinq cəhdlərinin ümumi sayına görə "Facebook" lider (18%) olub.

 

chip.az  "vesti.ru" saytına istinadən yazır ki, internet fırıldaqçılarının 10%-i istifadəçilərin məlumatlarını ələ keçirmək üçün "Yahoo" xidmətlərini, 5%-i "Netflix" onlayn kinoteatrı və "PayPal" ödəmə sisteminin saytlarından istifadə edirlər. Fişinq cəhdlərinin 3%-i "Microsoft" və "Spotify", 2%-i isə "Apple", "Google", "Chase" və "Ray-Ban" şirkətlərinin payına düşür.

 

Əksər hallarda (48%) istifadəçiləri saxta veb saytlar vasitəsilə aldatmağa çalışırlar. Hücumların 27%-i elektron poçt, 25%-i isə mobil qurğular vasitəsilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər