Oskar mükafatını kimlər aldı? – SİYAHI

  • 10 Fevral 2020

Amerika Kino Akademiyasının 92-ci mükafatlarının təqdimat mərasimi keçirilib.

 

Chip.az Ted.az-a istinadən xəbər verir ki, Böyük Britaniya müğənnisi və bəstəkarı Elton Con ən yaxşı mahnı nominasiyası üzrə "Oskar" mükafatını alıb.

 

 

Müğənni “I'm Gonna Love Me Again” mahnısına görə mükafata layiq görülüb. Həmin mahnı "Roketmen" filmində səsləndirilib.

 

Bununla yanaşı, “Joker” filminin mahnısı, həmçinin Cənubi Koreyadan olan rejissor Pon Çjun Xonun “Parazitlər” filmi də ən yaxşı ekran əsəri hesab edilərək “Oskar-2020” mükafatını alıb.

 

Qeyd edək ki, “Kiçik qadınlar” (Little Women), "1917", "Ulduz müharibələri” (Star Wars: Episode IX - The Rise of Skywalker) və "Nikah tarixi” (Marriage Story) filmləri də müxtəlif nominasiyalar üzrə bu yüksək mükafata layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər