“Forsaj-9” filminin bir səhnəsi Azərbaycanda çəkilib.
chip.az xarici mediaya istinadən xəbər verir ki, məşhur "Forsaj" filminin 9-cu bölümündə hadisələrdən biri Azərbaycanda baş verib.
Filmin premyerası mayın 20-də reallaşacaq. "Forsaj-9"un süjeti açıqlanmır. Filmin yeni hissəsinə Vin Dizel, Mişel Rodriqes, Natali Emmanuel, Cordana Brüster, Tayriz Qibson, Ludakrisin hər kəsə tanış qəhrəmanları qayıdacaq, Maykl Ruker, Con Sina və Anna Savayın ifasında yeni personajlar qatılacaq. Şarliz Teron yenidən Sayfer, Helen Mirren isə növbəti dəfə Dekard (Ceyson Steytem), Ouen (Lük Evans) və Hettinin (Vanessa Kirbi) anası Maqdalena Şou rolunu canlandıracaq.
Xatırladaq ki, 2017-də yayımlanmış "Forsaj-7" filmində də qəhrəmanlar Azərbaycanda olub. Lakin "Qafqaz dağlarında təqib" hissəsinin çəkilişləri Azərbaycan dağlarında yox, Koloradoda lentə alınmışdı.
https://www.youtube.com/watch?time_continue=1&v=XsXUVWy-Ld8&feature=emb_logo