Azərbaycanda ən çox hansı əməliyyat sistemindən istifadə edilir?

  • 03 Fevral 2020

Əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb. 

 

chip.az xəbər verir ki, bu haqda “Global Stats” analitik şirkətinin məlumatında deyilir.

 

Məlumata görə, bu ilin yanvar ayında Android əməliyyat sisteminin ölkə üzrə bazar payı 48.36%, Windows-un 37.77%, iOS 7.15%, OS X 3.98%, Unknown-un 1.06%, Linux-un 0.93%-dir. 

 

Faiz göstəricilərindən belə məlum olur ki, Android ölkə üzrə ən çox istifadə olunan əməliyyat sistemidir. Yanvar ayının göstəricilərinə görə, sözügedən əməliyyat sisteminin bazar payı 3,52% artıb. 

 

Görünür, Microsoft şirkətinin Windows 7 əməliyyat sisteminə rəsmi dəstəyini kəsməsi sözügedən əməliyyat sisteminin ölkə üzrə bazar payına təsirsiz ötüşməyib. 2019-cu ilin dekabr ayında Windows əməliyyat sisteminin bazar payı 41.29 olubsa, yanvar ayında bu rəqəm 7.07% azalaraq, 37.77%-ə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər