Pul köçürmələrini və onlayn alış-verişi WhatsApp üzərindən həyata keçirmək mümkün olacaq?

  • 03 Fevral 2020

Feysbuk şirkətinin rəhbəri Mark Zuckerberg  WhatsApp-dan  qazandıqları gəlirləri artırmaqla bağlı yeni planlarlarını açıqlayıb.

chip.az xarici mediaya istinadən bildirir ki,  o,  Hindistanda aktiv istifadə edilən WhatsApp Pay tətbiqini inkişaf etdirməyi hədəfləyir.

 

Şirkət rəhbəri platforma üzərindən pul transferinin foto və video göndərmək qədər rahat olması istiqamətində çalışdıqlarını deyib.

 

Onun sözlərinə görə, Feysbuk komandası WhatsApp üzərindən alış-veriş imkanlarının yaradılması üzərində də işləyir. Bu xidmətlə istifadəçilər mağazaların məhsul kataloqlarından WhatsApp üzərindən alış-veriş edə biləcək.

 

Bununla da WhatsApp-da bu satınalmalar üçün komissiya alınacaq. 

 

Onu da əlavə edək ki, hazırda 1 milyarddan çox WhatsApp istifadəçisi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır