Nazirlər Kabineti tərəfindən “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.
chip.az xəbər verir ki, yeni ixtisaslara “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökumət”, “Neft-qaz çıxarmada nanotexnologiya”, “Süni intellekt”, “Məsafədən müşahidə” və “Dərman preparatlarının keyfiyyətinin təminatı” daxildir.
Qeyd edək ki, bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyyatda yaranan kadr tələbatının təmin edilməsi, yeni yaranan sahələr və iqtisadiyyatın müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.