Bu ay azərbaycanlılar Google-da nə axtarıb?

  • 31 Yanvar 2020

Yanvar ayı ərzində azərbaycanlılar Google-da nə axtarıblar? Nə ilə maraqlanıblar?

Bu ay ərzində ən çox axtarılan sözlərin sihahısını sizə təqdim edirik:

 

1.Kobe Bryant

 

Bir neçə gün öncə məhşur basketbolçu Kobe Bryant-ın ölüm xəbəri idmanla maraqlanmayan insanları belə  şoka saldı. Kobe Bryant Amerika əsilli peşəkar basketbolçudur. O, 20 mövsüm boyunca “Los Ageles Lakers” komansasının hücumçu-müdafiəçisi, ABŞ-ın Milli Basketbol Assosiasiyasının üzvü olub.

2. Bestwhozi

 

 

 

Bestwhozi ən çox axtarılan sözlərin siyahısında ikinci yerdə qərarlaşıb. Bu, Bestwhozi, Ghosty və Postegro proqramları kimi gizli hesablara baxmağa imkan yaradan proqramdır. Azərbaycanlıların bu cür tətbiqlərə qarşı yaranan marağı pis nəticələrə gətirib çıxara bilər. Mütəxəssislərin sözlərinə görə, həmin proqramlardan istifadə edən insanların fərdi məlumatları daima təhlükədədir.

 

3. Koronavirus

 

 

 

2020-ci ilin sevindirici olmayan trendlərindən biri də Koronavirus oldu. Neçə vaxtdır ki, şəbəkə də bu məsələ fəal şəkildə müzakirə olunur.

 

4. Zemheri

 

 

“Zemheri” dekabr ayından yayımlanan türk serialıdır. Bir çox dram serialı kimi, “Zemheri” də romantikaya meyilli azərbaycanlı qızların və evdar qadınların qəlblərini fəth edə bilib.

 

5. Samsung A51

 

 

 

 

Samsung A51 smartfonu yanvar ayında təqdim olunub. Qeyd edək ki, bu smartfonun qiyməti 350-400 avro arasında dəyişir.

Mənbə: Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır