Durov WhatsApp-da növbəti boşluğu aşkarladı

  • 31 Yanvar 2020

Bezos Teleqram messencerindən istifadə etsəydi, şantaj edilməzdi

 

Teleqram messencerinin yaradıcısı Pavel Durov WhatsApp-da növbəti boşluğu aşkarlayıb.

 

chip.az xəbər verir ki, o, bu haqda Teleqram kanalında yazıb.

 

Durovun sözlərinə görə, Amazon şirkətinin sahibi Jeff Bezosun smartfonu WhatsApp-dakı “back door” vasitəsilə “sındırılıb”.

 

 

O, qeyd edib ki, məlum smartfona edilən haker  hücumu xarici hökümət tərəfində həyata keçirilib: “Hadisənin ciddiliyini nəzərə alsaq, Feysbuk/WhatsApp şirkəti üzür istəməli və gələcəkdə tətbiqlərində “back door”dan istifadə etməməlidir. Lakin bunun əvəzinə, sözügedən şirkət Apple-ı təqsirləndirdi”.

Xatırladaq ki, bir müddət əvvəl Feysbukun vitse-prezidenti Amazonun sahibinin smartfonuna iOS vasitəsilə haker hücumunun olduğunu bildirib.

Durov qeyd edib ki, iOS-un təhlükəsizliklə bağlı problem yoxdur: “Bezos Teleqram messencerindən  istifadə etsəydi, onu heç kim şantaj etməzdi”.

Qeyd edək ki, daha əvvəl Durov WhatsApp messencerini telefonundan siləcəyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər