İT şirkətlərdən Çin qadağası – Koronavirus texnologiya şirkətlərini də qorxuya salıb

  • 31 Yanvar 2020

Hazırda dünyanın 18 ölkəsində 100-dən çox insanın həyatına son qoyan koronavirus (2019-nCoV) texnologiya şirkətlərini də qorxuya salıb.

 

chip.az xarici mediaya istinadən məlumat verir ki, bu virus Google, Apple, Feysbuk, Amazon və Microsoft kimi nəhəng şirkətlərin ciddi tədbir almasına səbəb olub. Qeyd edilən şirkətlər əməkdaşlarının bu ölkəyə səyahətini qadağan edib.

 

Qeyd edək ki, məlumat rəsmi açıqlamalarla təsdiqlənib.

Çində böyük həcmdə istehsal fəaliyyəti həyata keçirən Apple-dan isə bildirilib ki, əmakdaşlar yalnız vacib məsələlərlə bağlı Çinə səyahət edə bilər.

Əməkdaşlarının Çinə səyahətinə qadağa tətbiq edən daha bir texnologiya şirkəti Feysbukdur. Şirkət, həmçinin Çində çalışan əməkdaşlarına evdən şəhərə çıxmamaları ilə bağlı xəbərdarlıq edib.

Çindəki ofisini bağlı saxlayan Google-dan isə bu şəhərə 2 həftəlik səfər edən əməkdaşlarının evdən işləyəcəkləri açıqlanıb.

Onu da bildirək ki, koronavirus daha çox Çinin yerli texnologiya şirkətlərinə təsir edib. Hazırda Alibaba, Tencent və Baidu kimi Çin firmalarından bütün əməkdaşların evdən çalışacaqları barədə məlumat yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər