Yeni nəsil “Google Tranlate” istifadəyə veriləcək
San-Fransiskoda keçirilən qapalı konfransda “Google Translate” təsisçiləri tətbiqi yeni səviyyəyə qaldıracaq funksiyanı nümyaiş etdiriblər.
chip.az Tend.az -a istinadən xəbər verir ki, yeni funksiyada Android cihaz istifadəçisi istədiyi mətni mikrafon söylədikdə, tətbiq deyilən sözləri dərhal anlayıb real vaxt rejimində tərcümə edəcək.
Tərcümə zamanı hansısa ləngimə istisna edilir. Yeni funksiyanın təsisçiləri bildiriblər ki, tərcümə zamanı nitqin mürəkkəb alqoritmi sürətli internet bağlantısı tələb edəcək: “Hazırda yeni funksiya üzərində aktiv şəkildə işləyirik. “Google Translate”də əvvəllər belə bir yenilik olmadığına görə, funksiyanın hazırlanması uzun zaman çəkə bilər”.
Qeyd edək ki, Google şirkətinin nümayəndələri yeni funksiyanın istifadəyə veriləcəyi tarixi açıqlamayıblar.