Yeni televizorlar süni intellektlə işləyəcək – təsvirə və zamana uyğun tənzimlənmə

  • 29 Yanvar 2020

3-cü nəsil P5 görüntü emalı mühərrikinə sahib OLED modelləri ilə keçən il Avropada “Top 80 TV” icmalında mükafat qazanan Philips TV 2020 modelləri yeni xüsusiyyətləri ilə seçilməyə çalışacaq.

 

chip.az Ted.az -istinadən xəbər verir ki, 3 tərəfli Ambilight və 50 watt dinamik ilə Avropanın incə sənətkarlıq dizayn detallarına sahib OLED805/855, 9-cu nəsil Android əməliyyat sistemi olan Smart TV kimi bazara çıxacaq. Yeni Philips OLED805 (55 və 65) və OLED855 (55) televizorlarında 4-cü nəsil P5 görüntü emalını indiki P5 mühərrikinin emalı texnologiyasını Süni İntellekt ilə birləşdirərək keyfiyyəti daha da artırılacaq.

 

Süni intellekt texnologiyası hazırda görüntü emalında olan beş xüsusiyyət (görüntü, rəng, kontrast, hərəkət və kəskinlik) arasında tarazlaşır və izləyiciyə daha real və təbii təsvir verir. TP Vision PQ mütəxəssisləri süni intellekt parametrlərini beş kateqoriyaya bölürlər: mənzərə şəkilləri, təbii dəri tonu, idman/hərəkət, kontrast və animasiya. Süni intellekt, təbii və real görüntünü təmin etmək üçün ən uyğun kateqoriyanı seçir və tarazlıq yaradır.

 

 

 

Bütün təkmilləşdirilmiş HDR standartlarını dəstəkləyən Philips TV OLED805 və 855 modellərində HDR 10 və 10+ görüntü keyfiyyəti və “Dolby Vision” xüsusiyyətlərindən əlavə, "Dolby Bright Mode" seçimi də var.

 

2020-ci il model Philips televizorlarında, həmçinin Android 9 Pie əməliyyat sistemindən başqa, Google köməkçisi və Amazon Alexa xüsusiyyətləri də var. Hər iki televizordakı açarlar metal örtüklü, zərif və arxadan işıqlandırılmış formadadır. Pultun yanları və arxa tərəfində Şotlandiya dəri mütəxəssisi Muirhead-in imzası var.

 

Bu üstün xüsusiyyətlərə malik televizorun may ayında satışa çıxarılacağı gözlənilir. Oxucularımız arasında bu televizoru əldə etmək istəyənlər üçün məhsulun Azərbaycanda satışı barədə maraqlanmaq istəsək də, Philips-in regional ofisindən sözügedən yeni televizor markaları barədə məlumatsız olduqlarını bildirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır