Ağıllı insanları sükan arxasındakı davranışlarından tanımaq olar

  • 29 Yanvar 2020

Sükan arxasında sürücülər özlərini müxtəlif cür aparırlar. Bəziləri stresli vəziyyətdə sakit olduğu halda, bəziləri özündən çıxır və aqressiv davranırlar. Bilirsinizmi ki, insanların sükan arxasındakı davranışına görə onların xarakterini müəyyən etmək mümkündür?

 

chip.az bildirir ki, alimlər çox gözlənilməz nəticələrə səbəb olan bir araşdırma aparıblar.  Araşdırmaya görə, sükan arxasında kobudluq edən və söyüş söyən insanların İQ səviyyəsi daha yüksəkdir. Məlum olub ki, "zəngin tabu lüğəti" sahibləri daha nizamlı düşüncələri və zəkaları ilə öyünə bilərlər.

 

Göründüyü kimi, söyüş vasitəsilə ilə stressdən yayınmaya meyilli olan insanlar daha ağıllı  və yaradıcıdılar. Buna baxmayaraq, elm adamları sükan arxasında söyüş söyməyin hər zaman faydalı olmadığını xəbərdar edir: bu, ürəyə mənfi təsir edəcək stressi artıra bilər.

 

İstənilən halda “pis” sözlərin istifadəsində ölçüyə riayət etmək vacibdir. Onları ucadan söyləmək stress atmaq üçün işə yarasa da, ətrafda eşidilməsi qeyri-etikdir.

 

Minnesota Universiteti tərəfindən edilən başqa bir araşdırma göstərir ki, həqiqətən də, daha kobud görünmək istəyən insanların zəkası orta səviyyədən daha yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır