Samsung dünyanın ilk 5G planşetini təqdim edəcək

  • 29 Yanvar 2020

Samsung yanvarın 30-da ilk 5G dəstəkli planşet olan "Galaxy Tab S6"nı təqdim etməyə hazırlaşır.

 

chip.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, cihaz "əyləncə mərkəzi" kimi təqdim olunur – 10,5 düymlük AMOLED ekranı və 4 "Dolby Atmos" dinamikinə malikdir.

 

Ümumiyyətlə, spesifikasiyalar "Galaxy Tab S6" standart versiyasından fərqlənmir: Snapdragon 855 prosessoru, 7040 mAs batareya, 128 GB daxili yaddaşa malik planşetdə microSD üçün də dəstək var. Cihaz Android 9 Pie əməliyyat sistemilə işləyir. Bu ilin avqustunda isə Android 10-a daşınacağı gözlənilir.

 

"Galaxy Tab S6"nın başlanğıc qiyməti 990.000 von və ya 1431 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır