Vikipediya yeni rekorda nail olub

  • 28 Yanvar 2020

“Vikipediya”nın banisi Jimmy Ueyls onu yaradarkən bütün biliklərə sərbəst girişi təmin etməyi əsas məqsəd hesab edib. Hesablamalara görə, “bəşəriyyətin ehtiyat nüsxəsi”ni yaratmaq üçün onlayn kitabxanada ən az 104 milyon məqalə olmalıdır. İndi o, bu hədəfə bir addım daha yaxınlaşır.

Bu günlərdə “Vikipediya”nın ingilis versiyası növbəti rekorda nail olub. İngilis dilində altı milyonuncu məqalə dərc edilib. Məqalə 19-cu əsr Kanadalı məktəb müəllimi, səyyah və fantastik əsərlər müəllifi Mariya Elize Tyorner Lauderə həsr edilib.

Qeyd edək ki, informasiyanın əlavə edilməsinin hazırki sürətində bəşəriyyətin bütün biliklərini rəqəmsallaşdırma vəzifəsini yerinə yetirmək üçün ən azı 20 il lazım olacaq. Digər dillərdəki məqalələrin sayı hələ də ingilisdilli məqalələrdən geri qalır. Məsələn, hazırda “Vikipediya”nın rus dilində olan versiyasında 1,59 milyondan çox məqalə var. İngilis nəşri saytdakı ən çox ziyarət edilən layihə adlanır - gündə təxminən 255 milyon səhifə. “SimilarWeb” analitik şirkətindən bildirilib ki, “Vikipediya” davamiyyət üzrə dünyada səkkizinci yeri tutur.

4pda.ru saytının məlumatına görə, alman və fransız “Vikipediya”sında müvafiq olaraq 2.3 və 2.1 milyon məqalə var. Beləliklə, “bəşəriyyətin ehtiyat nüsxəsi”nin ingilis dilində olmayan versiyaları üçün daha çox vaxt lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır