10 il bundan öncə Apple iPad planşet kompüteri təqdim edilib

  • 28 Yanvar 2020

10 il bundan əvvəl "Apple iPad" planşet kompüteri təqdim edilib.

 

10 il bundan əvvəl 27 yanvar 2010-cu il tarixində "Apple"ın direktoru Stiv Cobs kompüter bazarında inqilabi sayılan ilk "iPad" planşetini təqdim etmişdi. Tam ölçülü kompüter, oxuducu və qismən də smartfon funksiyalarını özündə birləşdirən sözügedən planşet daima hərəkətdə olan istifadəçilər üçün bir tapıntı idi.

 

chip.az  "ria.ru" saytına istinadən yazır ki, indi "iPad" planşeti kompüterə tamdəyərli alternativdir. Cihaz "Smart Keyboard" klaviaturası və "Apple Pencil" stilisuna malikdir. "iPad planşetlər bazarında pioner olub, indi isə liderdir. "iPad"da tətbiq edilən innovasiyalar sonralar planşetlər üçün standarta çevrilir" – mətbuat xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır