Təhsil Nazirliyinin elektron dərsliklərə baxış sayı 21 milyondan çox olub”.
chip.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunları və 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
Ceyhun Bayramov bildirib ki, ötən il 256 ədəd elektron dərslik zənginləşdirilib: “Bu il də elektron dərsliklərin sayının artırılması istiqamətində nazirlik öz fəaliyyətini davam etdirəcək”.