Hindistan ABŞ-ı üstələdi - satılan telefonların 72 faizi Çin markalarıdır

  • 27 Yanvar 2020

Hindistan ABŞ-ı üstələyən ikinci ən böyük telefon bazarına çevrilib. 2019-cu ildə ölkədə 158 milyon telefon satılıb. Bu cihazların 72 faizinin isə Çin markası olduğu bildirilir.

 

chip.az xarici mətbuata istinadən  xəbər verir ki,  ötən il Hindistanda satılan smartfonların 72 faizinin Çin markaları Huawei, Xiaomi, Vivo, Realme və Oppo olduğu müəyyən edilib.

 

Hindistan uzun müddətdir ki, bir çox texnologiya şirkətinin diqqətindədir. Samsung ölkəyə 500 milyon dollar sərmayə qoymağı qərara alıb.

 

Şirkət tərəfindən edilən açıqlamada “bu sərmayə çərçivəsində Yeni Dehlidə bir fabrikin qurulacağı və həmin fabrikdə smartfon və digər elektron cihazlar üçün ekran istehsalının ediləcəyi” bildirilib.

 

Xatırladaq ki, bundan əvvəl də Apple ABŞ prezidenti Donald Trumpın tələbi ilə istehsalın bir hissəsini Çindən Hindistana köçürmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır