Samsung paltarları ütüləyən ağıllı şkaf təqdim etdi

  • 27 Yanvar 2020

Las-Veqasda keçirilən Beynəlxalq İstehlak Elektronikası Şousunda Samsung son illərin ən gözlənilməz ixtiralarından birini nümayiş etdirib. chip.az  Ted.az-a istinadən  xəbər verir ki, bu ixtira “AirDresser” adlı buxar qarderobudu. Lakin onun funksiyaları yalnız saxlama ilə məhdudlaşmır. Ağıllı qarderob əşyaları yumağa ehtiyac olmadan təmizləyir. 

 

Əvvəlcə yüksək temperaturda olan buxar axını toz hissəciklərini silkələmək üçün paltarları silkələyir. Daha sonra “JetSteam” texnologiyası virusları, bakteriyaları və s. məhv edir. 

 

Qeyd edək ki, şirkət nümayəndələri buxar kabinəsinin dörd növ virusun (qrip, adenovirus, koronavirus və herpes virusu) 99,9%-ni, toz gənəsinin 100%-ni, qoxu əmələ gətirən qazların (tər və ya yemək kimi) 99%-ni aradan götürdüyünü iddia edir. Qarderobdakı müxtəlif təmizlik proqramları fərqli nəticələr verir. 

 

Bundan əlavə buxar kabinəsi heç bir yuyucu vasitə tələb etməyən özünü təmizləyən bir sistemlə təchiz edilib: yalnız istilik, buxar və havadan istifadə edir. 

 

Qeyd edək ki, buxar kabinəsinin qiyməti 2185 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır