Çinin WeChat sosial şəbəkəsində koronavirus haqqında şayiə yayan istifadəçilər bloklanacaq.
chip.az xəbər verir ki, platforma bununla da virus haqqında yayılacaq dezinformasiyaların qarşısını almağa çalışır.
Şəbəkə rəsmiləri bildiriblər ki, virus haqqında olan dezinformasiya əhalidə panika yaradır: "Virus haqqında yalan xəbərləri kənar mütəxəssislər şəbəkədən siləcəklər. İnformasiyaları yayan hesablara ya müəyyən məhdudiyyət qoyulacaq, ya da tamamən bloklanacaq. Həmçinin ölkə qanunlarına görə, yalan informasiya yayan şəxsləri 3 ildən 7 ilədək həbs cəzası gözləyir".
Xatırladaq ki, Çində yayılan koronavirus görə, ölənlərin sayı 50 nəfərə çatıb.