GARTNER: 2022-ci ildən etibarən smartfon tədarükü azalacaq

  • 22 Yanvar 2020

Uzun müddətdən sonra bu il smartfon bazarında mobil telefonların tədarükü artacaq.

 

chip.az xəbər verir ki, bu haqda Gartner analitik şirkətinin proqnozunda deyilir.

 

Proqnoza görə, artım 1,7% təşkil edərək, 2019-cu illə müqayisədə 1,76 milyarda çatacaq. Gələn il isə 1,77 milyard telefon tədarük ediləcək. Smartfonların bazarlara çatdırılmasında əsasən rolu Asiya və Sakit okean regionları oynayacaq. Eyni zamanda bu il 5G smartfonlarının tədarükü ümumi mobil cihazların 12%-ni təşkil edəcək. 2022-ci ildə isə artıq 5G- smartfonları bazarın 43%-ni əhatə edəcək.

 

Lakin buna baxmayaraq, tədarük azalacaq

 

2022-ci ildən etibarən bazara çıxarılan mobil telefonların sayı azalmağa başlayacaq. Proqnoza görə, il ərzində telefon tədarükü 20 milyon ədəd azalacaq.

 

Məlumatdan belə aydın olur ki, 5G epoxası ilə smartfon istehsalının artım tendensiyası qısa müddətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır