Avropa Birliyi üz skan sistemini qadağan etmək istəyir

  • 22 Yanvar 2020

Avropa Komissiyası ictimai yerlərdə üz tanıma vasitələrindən istifadənin qadağan olunmasını tələb edib.

 

chip.az TED.az-a istinadən xəbər verir ki, Avropa Komissiyası məxfilik hüquqları ilə bağlı mövcud qanunlara dəyişiklikləri nəzərdə tutan 18 səhifəlik sənəd hazırlayıb.

 

Sənədə əsasən, komissiya "üz tanıma və risklərin müəyyənləşdirilməsinin təsirini qiymətləndirən möhkəm metodologiya"nı hazırlayacaq. Bundan əlavə, təşkilat nümayəndələri bu texnologiyanın ictimai yerlərdə 5 ilədək istifadəsini qadağan etməyi düşünürlər.

 

 

 

Üz tanıma texnologiyasının əleyhdarları hesab edirlər ki, Avropa ölkələrində mövcud  vəziyyət insanların məxfilik hüquqlarını pozur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər