Artırılmış reallığa malik ilk linzalar təqdim edilib

  • 21 Yanvar 2020

“Mojo Vision” startapı artırılmış reallığa malik ilk linzaları təqdim edib. Mühəndislər qeyd ediblər ki, onların qurğusu böyük ölçülü qarniturlardan kontakt linzalara keçidi reallaşdıracaq.

 

chip.az  “hightech.fm” saytına istinadən yazır ki, yeni linzalarda eyni anda bir neçə yeni texnologiya tətbiq edilib. Ən vacib komponent görüntünü istifadəçinin torlu qişasına proyeksiya edən artırılmış reallığa malik displeydir.

 

Panel 1 düym üçün 14 min piksel sıxlığına malikdir ki, bu da rekord göstəricidir. Müqayisə üçün, “Apple iPhone 11” ekranında bu göstərici 323-ə bərabərdir. Qurğuya birləşdirilmiş radioötürücü, görüntü və hərəkət sensorları təsviri sabitləşdirməyə kömək edir.

 

Qurğunun paneli ətraf mühitdə olan artırılmış reallıq elementlərini eynilə göstərə bilər. Onların arasında yol nişanları, xəbərdarlıq və xəbərlər var. Linza xüsusi olaraq uzağı görməyənlər üçün kəskinliyi artıra, obyekti yaxınlaşdıra və ya qaranlıqda görməyə kömək edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır