A PHP Error was encountered

Severity: Warning

Message: file_put_contents(/home/chip/public_html//assets/iplist.txt): Failed to open stream: Permission denied

Filename: helpers/bots_helper.php

Line Number: 79

Backtrace:

File: /home/chip/public_html/application/helpers/bots_helper.php
Line: 79
Function: file_put_contents

File: /home/chip/public_html/application/core/Site_Controller.php
Line: 13
Function: writeipfile

File: /home/chip/public_html/application/controllers/Site.php
Line: 9
Function: __construct

File: /home/chip/public_html/index.php
Line: 262
Function: require_once

Vüsal Qasımlı: Digital Trade Hub layihəsinin məqsədi Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolu yaratmaqdır | Chip.az

Vüsal Qasımlı: Digital Trade Hub layihəsinin məqsədi Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolu yaratmaqdır

  • 21 Yanvar 2020

A PHP Error was encountered

Severity: Warning

Message: Cannot modify header information - headers already sent by (output started at /home/chip/public_html/system/core/Exceptions.php:271)

Filename: Site_views/singlenews.php

Line Number: 69

Backtrace:

File: /home/chip/public_html/application/views/Site_views/singlenews.php
Line: 69
Function: setcookie

File: /home/chip/public_html/application/controllers/Site.php
Line: 78
Function: view

File: /home/chip/public_html/index.php
Line: 262
Function: require_once

"Ölkəmiz rəqəmsal ticarətin və sərhədlərarası məlumat mübadiləsinin təşviqi, rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, Rəqəmsal Ticarət Qovşağı, Yaşıl Dəhliz və s. sahələrdə aparılan uğurlu islahatlar fonunda öz göstəricisini 2015-ci ildən bu yana 33.23% yaxşılaşdırıb".

 

chip.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Davos İqtisadi Forumunun gündəliyi və Azərbaycanın bu toplantıda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti barədə danşarkən deyib.

 

İcraçı direktorun sözlərinə görə, Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun olaraq yeni texnologiyaların insanlara verdiyi üstünlükləri artırmaq üçün hökumət, infrastruktur, biznes və maliyyə təşkilatlarını bir araya gətirməklə Azərbaycanda Rəqəmsal Ticarət Konsorsiumu təşkil edilib.

 

Rəqəmsal Ticarət Konsorsiumun üzvü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dünyada unikal layihə hesab edilən “Digital Trade Hub” (DTH) portalının yaradıldığını deyən icraçı direktor DTH-nin dünyada ilk dəfə mobil rezidentlik xidməti, onlayn vahid ixrac ərizəsi və rəqəmsal ticarət üçün trans-sərhəd xidmətlər təqdim etdiyini də vurğulayıb: "Konsorsiumun infrastruktur üzrə icraçı şirkəti "AzərTelekom" Azərbaycanı regionda rəqəmsal mərkəzə çevirəcək Xəzər altı fiber-optik internet xəttlərinin çəkilməsinə başlayıb".

 

V.Qasımlı nəzərə çatdırıb ki, layihənin məqsədi Rəqəmsal İpək Yolu olaraq bilinən Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaratmaqdır: "Konsorsium çərçivəsində Azərbaycanda həyata keçirilən başqa bir yenilik məsafədən bank hesablarının açılması və idarə edilməsi olub. Xidmət coğrafi hüdud anlayışını maliyyə və bank sektorunda da mücərrəd edib. Konsorsiumun biznes üzvləri də fəaliyyət sahələri üzrə yeni rəqəmsal həllər təqdim edib, virtual ünvan və virtual köməkçi kimi yeni məhfumlar Azərbaycanın biznes mühitinə daxil olunub. Qeyd edilən yeniliklərin tətbiqi paylanmış ledger texnologiyalarının və X-Road sisteminin tətbiqi ilə həyata keçirilib".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər