Azərbaycan Beynəlxalq Bankı (ABB) ilk dəfə olaraq müştərilərinin xidmətinə "IBA Bot" adlı robotu istifadəyə verib.
chip.az xəbər verir ki, bu haqda ABB-nin mətbuat katibi Yadigar Cəfərəli məlumat yayıb.
Yadigar Cəfərəli bildirib ki, "IBA Bot" bank müştəriləri ilə rahat ünsiyyət qurur: “Onların simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır. Bir çox məhsul və xidmətlər haqqında suallara ondan cavab almaq olar. Robot, müştəriləri xidmət üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına da sahibdir”.
“Yaxın günlərdə müştərilər elektron növbə qəbzlərini də "IBA Bot" dan alacaqlar. Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi daha bir innovativ ilk Bakı şəhəri Nizami küçəsi 67 ünvanındakı xidmət ofisimizdə tətbiq olunur”, – deyə Yadigar Cəfərli qeyd edib