6G texnologiyasının tətbiq tarixi açıqlandı – layihə üçün 2,03 milyard dollar vəsait ayrılıb

  • 21 Yanvar 2020

Yaponiya höküməti 6G texnologiyasının tətbiq tarixini açıqladı.

 

chip.az  ted.az-a istinadən xəbər verir ki, yapon mütəxəssislərinin fikrincə, 6G mobil rabitə şəbəkəsi 10 il sonra, yəni 2030-cu ildə istifadəyə veriləcək.

 

6G  layihəsinin üzərində işləmək üçün Yaponiya Daxili işlər Nazirliyindən və Tokio Universitetindən kommunikasiya üzrə ekspertlərdən ibarət qrup yaradılıb. Layihəyə Yaponiyanın nəhəng telekommunikasya şirkətləri olan “Nippon Telegraph and Telephone” və “Toshiba” da qoşulacaq. Əldə olunan məlumata görə, 6G şəbəkəsi məlumat mübadiləsini 5G-dən 10 dəfə daha sürətlə həyata keçirməyə imkan verəcək. Dövlət rəsmiləri yeni şəbəkənin öyrənilməsi üçün  2,03 milyard dollar ayırılacağını bildirib.

 

Ötən il yenicə istifadəyə verilən 5G mobil rabitə şəbəkəsi hələ də kommersiya üçün kifayət qədər inkişaf etməyib.

 

Bəs buna səbəb nədir?

 

Texnologiya elə bir tələbatdır ki, müasir dövrdə  bütün sahələrdə ona ehtiyac duyulur və olduqca sürətli şəkildə inkişaf edir. Texnoloji sferada olan inkişafı əsasən, deyə bilərik ki, 6G layihəsinin gündəmə gətirilməsi heç də 5G-nin uğursuz olduğunu göstərmir.

 

Qeyd edək ki, bu gün Azərbaycanda da V nəsil şəbəkə  pilot versiyada istifadəyə verilib. İlin əvvəlindən isə ölkədə sözügedən  şəbəkəni dəstəkləyən mobil cihazlar satışa çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır