Windows 10 dəyişdirilir

  • 21 Yanvar 2020

Keçən ilin dekabr ayında Microsoft-dan yüzdən çox Windows məhsulunun, o cümlədən Word, Excel, PowerPoint, OneNote və digər proqramın yenidən işlənib hazırlanacağı elan edildi.

 

chip.az xəbər verir ki, artıq Windows 10 tapşırıq bölməsində təkrar işarələnmiş nişanları yeni test quruluşunda təqdim edilməyə başlanılıb.

 

İşarələrin dizaynı isə Fluent Dizayn Sistemi GUI-nin korporativ şəxsiyyət dizaynının bir hissəsi olaraq hazırlanıb. Hazırda yeni nişanlar yalnız tapşırıq bölməsindədir, digər bölmələrdə əvvəlki nişanlar istifadə olunur. 

 

Böyük ehtimalla adi istifadəçilər üçün yeni Windows nişanlarına tam keçid sistemin yaz yeniləməsi ilə baş verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər