WhatsApp çökdü

  • 19 Yanvar 2020

"WhatsApp" messencer proqramının işində problem yaranıb.

 

chip.az  xəbər verir ki, bu haqda "Downdetector" portalı məlumat yayıb. 

 

Məlumata görə, təqribən 1 saatdır ki istifadəçilər bir-birinə səsli mesaj və şəkil göndərə bilmirlər.

 

Problem yalnız Azərbaycanda deyil, Rusiya, Türkiyə, Braziliya, Misir, Hindistan, Oman və s. ölkələr üzrə müşahidə olunur.

 

Qeyd edək ki, yaranmış problemin səbəbi hələ ki, məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər