Huawei və Honor-un hansı smartfonlarının Android 10 almayacağı bəlli oldu

  • 17 Yanvar 2020

Huawei artıq Android 10 əsasında yaradılmış yeni EMUI 10 proqram təminatını yaymağa başlayib, lakin indiyə qədər yeni EMUI az miqdarda Huawei və Honor cihazları üçün mövcuddur.

 

chip.az xarici mətbuata istinadən xəbər verir ki, HuaweiCentral-ın jurnalistləri şirkətə müraciət edərək, hansı cihazların aktual proqram təminatına qədər yenilənməyəcəyini söyləməyi xahiş ediblər.

 

Məlum olub ki, Honor Play istifadəçilərinə Android 10-a əsaslanan EMUI 10-u gözləməyə dəyməz, bununla belə, şirkət bu model üçün təhlükəsizlik yeniləmələrini buraxmağa davam edəcəklərini vəd edir.

 

Honor 8X Max, Honor 9 və Honor 9 Lite da yeni proqram təminatın almayacaqlar, çünki bu smartfonlarda EMUI 10-un buraxılmasına imkan verməyən cihaz məhdudiyyətləri var.

 

Eyni məhdudiyyətlər səbəbindən, Huawei Nova 3, Huawei Nova 3i, Huawei Y9 2019 və Huawei P20 Lite modellərində yeniləmə olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır