GARTNER: Bu il IT xərcləri 3,9 trilyon dollar olacaq

  • 16 Yanvar 2020

Növbəti illərdə dünya üzrə IT xərcləri ümumilikdə 4 trilyon dollardan çox ola bilər.

 

Chip.az xəbər verir ki, bu haqda "Gartner" analitik şirkətinin proqnozunda deyilir.

 

Proqnoza görə, bu il IT xərcləri 3,4% artaraq 3,9 trilyon dollara çatacaq. Məlumatda IT xərclərinin bir neçə sahəsi üzrə ayrılacaq vəsaitlər də yer alıb.

 

Belə ki, proqram təminatı seqmentinin xərcləri daha sürətli tempdə böyüyəcək. Bu sahənin xərcləri 10,5% artaraq, 503 milyard dollara çatacaq.

 

"Gartner" şirkətinin mütəxəssislərinin fikrincə, proqram təminatı içərisində artım ən çox SaaS (software as a service) modelində gözlənilir.

 

IT servislərinin xərcləri isə 5% artaraq 1,081 trilyon dollar olacaq. Rabitə xidmətlərinin xərcləri isə il ərzində 1,5% artaraq, 1,384 trilyon dollar olacağı ehtimal edilir.

 

IT xərcləri 2021-ci ildə də artmağa davam edəcək. Analitiklərə görə, gələn il bu xərclər 3,7% artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər