2020-ci ildə hər beş ucuz smartfondan biri 5G ilə təmin olunacaq

  • 15 Yanvar 2020

Bu il smartfon bazarında beşinci nəsil şəbəkələri dəstəkləyən smartfon modellərinin bir çox təklifləri olacaq.

 

Chip.az xarici mətbuata istinadən xəbər verir ki, 2020-ci ildə 5G smartfonlarının satışı artmaqda davam edəcək və 5G-nin dəstəyini hər beşinci ucuz smartfon alacaq.

 

Artıq 2021-ci ilə qədər bazarda təklif olunan bütün smartfonların 20%-dən çoxu 5G-yə dəstək verəcək. Söhbət təxminən 300 dollar dəyərində olan cihazlardan gedir.

 

Eyni zamanda, Mediatek-dən olan Dimensity 800 prosessoru hesabına ilin sonuna qədər dəyəri təxminən 200 dollar olan 5G modellərin peyda olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır